Xəbərlərs

20.09.2017

Fizika fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Fizika” vəsaitinin hazırlanması ilə bağlı məlumat

20 sentyabr 2017-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində yeni “Fizika” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar”, “Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər”, “Eksperimental fizika və müasir həyat” məzmun xətləri üzrə mövzuların seçilməsi vəsaitin strukturunun müəyyənləşdirilməsi olub.

Növbəti iclasda (27 sentyabr 2017-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.     


Back to News