Xəbərlərs

21.07.2017

Riyaziyyat fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Riyaziyyat” vəsaitinin və 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

21 iyul 2017-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində yeni “Riyaziyyat” vəsaitinin hazırlanması ilə bağlı müzakirə keçirilib.

Müzakirə nəticəsində yeni vəsaitin hazırlanması üçün “Ədədlər və əməllər”, “Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə”, “Statistika və ehtimal” məzmun xətləri üzrə seçilən mövzuların müzakirəsi aparılıb.

Həmçinin X sinif “Qiymətləndirmə tapşırıqları” kitabçası üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 9-cu tədris vahidinə (“Üstlü və loqarifmik funksiyalar”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Cəbr və funksiyalar” məzmun xətti üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.



Back to News