Xəbərlərs

13.07.2017

Biologiya fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Biologiya” vəsaitinin və 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

13 iyul 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni “Biologiya” vəsaitinin hazırlanması ilə bağlı müzakirə keçirilib.

Müzakirə nəticəsində yeni vəsaitin hazırlanması üçün “Canlıların quruluşu və müxtəlifliyi”, “Bioloji proseslər”, “İnsan və onun sağlamlığı”, “Canlılar və ətraf mühit” məzmun xətləri üzrə seçilən mövzuların müzakirəsi aparılıb. 

Həmçinin 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçası üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 8-ci tədris vahidinə (“Ətraf mühitin qorunması və bərpası”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Canlıların quruluşu və müxtəlifliyi” və “Bioloji proseslər” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb. 


Back to News