Xəbərlərs

19.07.2017

Ədəbiyyat (rus bölməsi) fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə 10-cu siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

19 iyul 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə 10-cu siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilib.

Gündəlik məsələ 8-ci və 9-cu tədris vahidləri (“Реализм”, “Реализм в азербайджанской литературе”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olub. Müzakirədə tədris vahidinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Литература и реалии жизни”, “Устная речь”, “Письменная речь” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (21 iyul 2017-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 10-cu tədris vahidi (“Реализм в русской литературе второй половины 19-го века”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News