Xəbərlərs

19.07.2017

Rus dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Rus dili” vəsaitinin və 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

19 iyul 2017-ci il tarixdə, saat 12:00-da Dövlət İmtahan Mərkəzində yeni “Rus dili” vəsaitinin hazırlanması ilə bağlı müzakirə keçirilib.

Gündəlik məsələ vəsaitin struktur hissələrinin həmmüəlliflər arasında bölüşdürülməsi olub.

Həmçinin 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçası üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə Böyük Summativ Qiymətləndirməyə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Аудирование и говорение”, “Чтение”, “Письмо”, “Языковые правила” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. Kitabçanın həmmüəllifləri tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların kitabçada istifadəsi qərara alınıb.


Back to News