Xəbərlərs

17.07.2017

İngilis dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “İngilis dili” vəsaitinin və 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

17 iyul 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni “İngilis dili” vəsaitinin hazırlanması ilə bağlı müzakirə keçirilib.

Müzakirə nəticəsində yeni vəsaitin hazırlanması üçün “Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı” məzmun xətləri üzrə alt standartlar seçilib və mövzular müəyyənləşdirilib.

Həmçinin 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” kitabçası üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə Böyük Summativ Qiymətləndirməyə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. Kitabçanın həmmüəllifləri tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların kitabçada istifadəsi qərara alınıb. 


Back to News