Xəbərlərs

15.05.2018

Kimya fənni üzrə hazırlıq kursu

15 may 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində Kimya fənni üzrə hazırlıq kursunun 6-cı dərsi keçirilib.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi olub. Moderator və digər kurs iştirakçıları referatlar barədə öz fikirlərini bildirmişlər.
Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 22 may 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.      


Back to News