Xəbərlərs

07.05.2018

Şirvan şəhərində yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi 12 may 2018-ci il tarixdə Şirvan şəhərində (16 nömrəli tam orta məktəb, T.İsmayılov küçəsi 15) Azərbaycan dili, riyaziyyat, ingilis dili, biologiya və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edir.


Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş yeni proqramlarla (kurikulumlar ) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar iştirak edə bilərlər.


Back to News