Xəbərlərs

10.04.2018

Kimya fənni üzrə hazırlıq kursu

10 aprel 2018-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə hazırlıq kursu fəaliyyətə başladı. 


1-ci dərsin mövzusu fənn kurikulumunun mahiyyəti, məqsədi və strukturu haqqında olmuşdur.
Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator S. Hüseynova mövzu ilə bağlı təqdimat etmişdir.

Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 17 aprel 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.   


Back to News