Xəbərlərs

09.04.2018

Biləsuvar şəhərində yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi Biləsuvar şəhərində 2018-ci il 14-15 aprel tarixlərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində (Heydər Əliyev prospekti, 2D) Azərbaycan dili, riyaziyyat, coğrafiya, biologiya və fizika fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edir.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər və metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.


Back to News