Xəbərlərs

09.04.2018

İngilis dili fənni üzrə hazırlıq kursu

9 aprel 2018-ci il tarixdə, saat 09:00-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə hazırlıq kursu fəaliyyətə başladı.

1-ci dərsin mövzusu fənn kurikulumunun mahiyyəti, məqsədi və strukturu haqqında olub.

Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar iştirak ediblər. Moderator Ş.Musayeva mövzu ilə bağlı təqdimat edib.

Dərsin gedişində müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

Növbəti dərs 16 aprel 2018-ci il tarixdə, saat 09:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir.  


Back to News