Xəbərlərs

06.04.2018

Coğrafiya fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Coğrafiya” vəsaitinin hazırlanması ilə bağlı məlumat

6 aprel 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində yeni “Coğrafiya” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Təbii ehtiyatlar”, “Dünya təsərrüfatı” və “Qlobal problemlər” bölmələrinə aid mövzuların müzakirəsi olub. Müzakirə zamanı işçi qrupunun üzvləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər vermişdir.

Növbəti iclasda (13 aprel 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.


Back to News