Xəbərlərs

24.01.2018

Fizika fənni üzrə elmi-metodiki seminar

24 yanvar 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ DİM tərəfindən hazırlanan nəşr materiallarının müzakirəsi olub.

Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (31 yanvar 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) DİM tərəfindən hazırlanan nəşr materiallarının müzakirəsi davam etdiriləcək.


Back to News