Xəbərlərs

05.02.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

05 fevral 2018-ci il tarixdə, saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 14 iyul 2017-ci il tarixdə ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında Azərbaycan dili fənnindən istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili olmuşdur.

Müzakirəsi aparılmış 40 (II qrup üzrə A variantı 16-25, B variantı 14, 17, 18, 20, 21, 19, 24, 23, 22, 25, III qrup üzrə A variantı 2, 3, 4, 5, 8 10, 12, 13, 14, 16, B variantı 16, 14, 9, 15, 13, 11, 3, 2, 5, 6 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (12 fevral 2018-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.


Back to News