Xəbərlərs

22.01.2018

İngilis dili fənni üzrə elmi-metodiki seminar

22 yanvar 2018-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ DİM tərəfindən hazırlanan nəşr materiallarının müzakirəsi olub. Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (29 yanvar 2018-ci il tarixdə, saat 11:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) nəşr materiallarının müzakirəsi davam etdiriləcək.


Back to News