Xəbərlərs

16.02.2018

Hazırlıq kurslarının fəaliyyəti haqqında məlumat

Dövlət İmtahan Mərkəzində (DİM) “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi, ekspertizası və onların meyarlar əsasında yoxlanılması üçün markerlərin hazırlanması ilə bağlı 18 oktyabr–29 dekabr 2017-ci il tarixlərdə Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənlərindən keçirilmiş hazırlıq kursunun müdavimlərinə sertifikatlar təqdim edilib.

10 yanvar 2018-ci il tarixdən başlamış hazırlıq kurslarında müvafiq fənn kurikulumu və imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilmiş, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya tapşırıqlarının və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr dinlənilib. Hazırda kurs iştirakçıları ev tapşırıqlarını təqdim edirlər.


Back to News