Xəbərlərs

07.02.2018

Rus dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

7 fevral 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ DİM tərəfindən hazırlanan nəşr materiallarının müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (14 fevral 2018-ci il tarixdə, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) nəşr materiallarının müzakirəsi davam etdiriləcək.


Back to News