Xəbərlərs

11.01.2018

Tarix fənni üzrə elmi-metodiki seminar

11 yanvar 2018-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi olub. “Azərbaycanda xanlıqlar” adlı material təqdim edilib. Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (18 yanvar 2018-ci il tarixdə, saat 11:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) Azərbaycan tarixi fənni üzrə kurikulumdan mənimsənmə səviyyəsi yoxlana bilən alt standartlar seçiləcək.


Back to News