Xəbərlərs

04.01.2018

Tarix fənni üzrə elmi-metodiki seminar

4 yanvar 2018-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi olub. “Cənubi Azərbaycan 1828-1925-ci illərdə” adlı material təqdim edilib. Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (11 yanvar 2018-ci il tarixdə, saat 11:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News