Xəbərlərs

27.12.2017

Fizika fənni üzrə elmi-metodiki seminar

27 dekabr 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahı olub.

Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (10 yanvar 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.


Back to News