Xəbərlərs

20.12.2017

Fizika fənni üzrə elmi-metodiki seminar

20 dekabr 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 22 iyul 2017-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 


Müzakirəsi aparılmış 15 (A variantı, 111-125 saylı, B variantı,102-106, 108, 109,111-113, 115, 116, 119, 123, 124 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və nominasiyasına görə təhlil edilib. 

Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Növbəti seminarda (27 dekabr 2017-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ali təhsil müəssisələrinə qəbul imtahanında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqları izah ediləcək.


Back to News