Xəbərlərs

31.01.2018

Ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

31 yanvar 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 2017-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Metodik tövsiyə 2018-ci ildə “Abituriyent” jurnalının ikinci sayında dərc ediləcək.

Növbəti seminarda (7 fevral 2018-ci il tarixdə, saat 14:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi aparılacaq.


Back to News