Xəbərlərs

24.01.2018

Ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

24 yanvar 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni test tapşırığı nümunələri haqqında məlumatın verilməsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Yeni test tapşırığı nümunələri 2018-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

Növbəti seminarda (31 yanvar 2018-ci il tarixdə, saat 14:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi aparılacaq.


Back to News