Xəbərlərs

17.01.2018

Ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar

17 yanvar 2018-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində ədəbiyyat (rus bölməsi) fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 14 iyul 2017-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.
Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Müzakirəsi aparılmış 25 (A variantı, 76-100 saylı, B variantı, 76-100 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.
Beləliklə, ədəbiyyat (rus bölməsi) fənnindən 14 iyul 2017-ci ildə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi başa çatdı. Müzakirələrə əsasən, aşağıda qeyd edilənlər bir daha öz təsdiqini tapdı.
1. Test tapşırıqları qəbul proqramına və dərsliklərə tam uyğundur;
2. Tapşırıqlarda elmi-metodiki baxımdan səhv yoxdur;
3. Test tapşırıqları fənn üzrə bilik və bacarıqların obyektiv yoxlanılmasına və qiymətləndirilməsinə imkan verir. 


Müzakirələr nəticəsində test bankında bir neçə redaktə xarakterli düzəlişin olması təklif edildi. 

Növbəti seminarda (24 yanvar 2018-ci il tarixdə, saat 14:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) yeni test tapşırığı nümunələrinin müzakirəsi aparılacaq.


Back to News