Xəbərlərs

15.01.2018

İngilis dili fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

15 yanvar 2018-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Növbəti seminarda (22 yanvar 2018-ci il tarixdə, saat 11:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi davam etdiriləcək.


Back to News