Xəbərlərs

25.12.2017

İngilis dili fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

25 dekabr 2017-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni test tapşırığı nümunələri haqqında məlumatın verilməsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Yeni test tapşırığı nümunələri 2018-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

Növbəti seminarda (8 yanvar 2018-ci il tarixdə, saat 11:30; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci ildə ali təhsil müəssisələrinə I, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi aparılacaq.


Back to News