Xəbərlərs

13.10.2017

Coğrafiya fənni üzrə elmi-metodiki seminar

13 oktyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib.


Gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olub.


Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilib və təkliflər verilib.


Növbəti seminarda (20 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2018-ci ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanı üçün proqramın müzakirəsi aparılacaq. 


Back to News