Xəbərlərs

11.10.2017

Fizika fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

11 oktyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olmuşdur. 


Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.


Növbəti seminarda (18 oktyabr 2017-ci il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2018-ci ildə hərbi liseylərə və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi aparılacaqdır.



Back to News