Xəbərlərs

09.10.2017

Azərbaycan dili fənni (rus bölməsi) üzrə elmi-metodiki seminar haqqında məlumat

9 oktyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni (rus bölməsi) üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olmuşdur.


Seminarda Bakı şəhərinin ümumtəhsil müəssisələrinin müəllimləri iştirak etmişlər. Müzakirə zamanı onlar gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Növbəti seminarda (16 oktyabr 2017-ci il tarixdə, saat 15:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın müzakirəsi aparılacaqdır.


Back to News