Xəbərlərs

09.10.2017

İngilis dili fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

9 oktyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olmuşdur. 
  

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır. 

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

 

Növbəti seminarda (16 oktyabr 2017-ci il tarixdə, saat 11:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2018-ci ildə tam orta təhsil (11illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi aparılacaqdır. 


Back to News