Xəbərlərs

04.10.2017

Fizika fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Fizika” vəsaitinin hazırlanması ilə bağlı məlumat

4 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni “Fizika” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ vəsaitin I struktur vahidinin tərtibatı və iş bölgüsünün müəyyənləşdirilməsi olub.

Növbəti iclasda (11 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.      


Back to News