Xəbərlərs

02.10.2017

İngilis dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “English” vəsaitinin hazırlanması ilə bağlı məlumat

2 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə “English” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ vəsaitin I struktur vahidinin tərtibatı və iş bölgüsünün müəyyənləşdirilməsi olub.

Növbəti iclasda (5 oktyabr 2017-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirələr davam etdiriləcək.    


Back to News