Xəbərlərs

18.09.2017

İngilis dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “English” vəsaitinin hazırlanması ilə bağlı məlumat

18 sentyabr 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə “English” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ yeni təhsil proqramına (kurikuluma) əsasən ingilis dili fənnindən “Dinləyib-anlama”, “Danışma”, “Oxu”, “Yazı” məzmun xətləri üzrə mövzuların seçilməsi və abituriyentlər, şagirdlər və müəllimlər üçün nəzərdə tutulmuş vəsaitin strukturunun müəyyənləşdirilməsi olub.

Növbəti iclasda (25 sentyabr 2017-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirələr davam etdiriləcək.   


Back to News