Xəbərlərs

13.06.2017

Kimya fənnindən 8-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı məlumat

13 iyun 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində 8-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) üzrə 10-cu siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı müəllif qrupunun iclası keçirilib.

8-ci siniflər üçün test kitabçası müəlliflər tərəfindən müvafiq dərsliyin son nəşri ilə (2015-ci il) tutuşdurulub, kitabçaya düzəlişlər edilib.

Həmçinin iclasda yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 3-cü tədris vahidinə (“Alkenlər”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Maddə və maddi aləm”, “Kimyəvi hadisələr” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (20 iyun 2017-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 4-cü tədris vahidi (“Doymamış alifatik karbohidrogenlər”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News