Xəbərlərs

12.06.2017

Azərbaycan dili fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

12 iyun 2017-ci il tarixdə, saat 14:30-da Dövlət İmtahan Mərkəzində 6-cı siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı müəllif qrupunun iclası keçirilib.

6-cı siniflər üçün test kitabçası müəlliflər tərəfindən müvafiq dərsliyin yeni nəşri ilə (2015-ci il) tutuşdurulub. Dərslikdəki dəyişikliklər nəzərə alınmaqla, kitabçaya düzəlişlər edilib.

Həmçinin iclasda yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə II tədris vahidinə (“Təbiət və biz”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Dinləyib-anlama və danışma”, “Oxu”, “Yazı” və “Dil qaydaları” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (19 iyun 2017-ci il tarixdə, saat 14:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 3-cü mərtəbə) hazırlanmış yeni tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News