Xəbərlərs

08.06.2017

Ümumi tarix fənnindən 7-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı məlumat

8 iyun 2017-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində 7-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) üzrə 10-cu siniflər üçün “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı müəllif qrupunun iclası keçirilib.

7-ci siniflər üçün test kitabçası müəlliflər tərəfindən müvafiq dərsliyin yeni nəşri (2016-cı il) ilə tutuşdurulub, dəyişikliklər nəzərə alınmaqla kitabçaya düzəlişlər edilib.

Həmçinin iclasda yeni təhsil proqramı (kurikulum) əsasında 10-cu sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə tapşırıqların müvafiq mövzuları əhatə etməsi, məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən müəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər.

Növbəti iclasda (22 iyun 2017-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.


Back to News