Xəbərlərs

07.06.2017

Ədəbiyyat (rus bölməsi) fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

7 iyun 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış müəllif qrupunun iclası keçirilib.

Gündəlik məsələ 3-cü tədris vahidi (“Эпоха Возрождения и европейская культура”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi olub. Müzakirədə tədris vahidinə aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Литература и реалии жизни”, “Устная речь”, “Письменная речь” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (21 iyun 2017-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 4-cü tədris vahidi (“Постренессанс. Классицизм”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News