İngilis dili

Forumlar » 9-cu sinif » İngilis dili
Səhifələr: 1
RSS
İngilis dili
“İngilis dili” dərsliyinin (2009-cu ilə qədərki nəşrlər) müzakirəsi
IX sinif İngilis dili dərsliyi (2009-cu il nəşri) barədə iradlar.

Bu dərslik ingilis dili dərslikləri arasında ən qüsurlusudur.Belə ki,IX sinif ingilis dili dərsliyi barədə heç bir xoş söz söyləmək,ümumiyyətlə,mümkün deyildir.Dərsliyin kor-koranə digər dərsliklərdən götürülməsi,yalnız bizim xalqla ən az bağlı olması,yerinə düşməyən mətnlər,izah olunmayan frazeoloji tərkiblər,dərsliyin yad ünsürlərlə -bizim xalqımıza aid olmayan,amerika və ingilislərlə bağlı verilən xarakterlərin çoxluğu bu dərsliyin ən qüsurlu cəhətləridir.Bu dərslik,bəlkə də Amerika və İngiltərə,həmçinin başqa ölkələrlə bizim əlaqəmizin olmadığı vaxtlara təsadüf etsə idi, hansısa bir üstünlüyə malik olardı.Amma bugünlərimizdə Azərbaycanımızın belə çox inkişafı,hər bir ölkə ilə birbaşa yaranan əlaqələrimiz bizləri bu ölkələrlə heç bir çətinlik olmadan məlumatlandırır.Məhz ona görə də bu dərslik müasir baxımdan heç bir əhəmiyyətə malik deyildir.Mən X və XI siniflər üçün də bu fikri demişdim ki,ingilis dili dərslikləri Azərbaycanımızın bütün mənafeləri,adət-ənənələri,xalqımızın mənəviyyatı fonunda işlənib hazırlanmalıdır.XI sinif dərsliyində olduğu kimi IX sinif dərsliyində də (XI sinif dərsliyində cızmaq –scratch felinin mətnlə birbaşa əlaqəli olan mənası deyil,leksik mənası verilmişdi.) səhifə 37-də spontaneous sözünün mənası düzgün verilməyib.Hər iki faktın olması onu sübut edir ki,dərsliklərin hər ikisi bizim müəlliflər tərəfindən hazırlanmamışdır.Əgər bu dərslikləri bizim müəlliflər hazırlamış olsa idi,bu səhvlər üzə çıxmazdı.
Səhifə 30-da verilən mətn IX sinif üçün heç yaramır.Mən xahiş edirəm ki,həmin dialoqu oxuyub öz fikrinizi bildirəsiniz.
İngilis dili dərsliyinin qayəsi bizim xalqımızı bir kənara buraxıb ingilis xalqı ilə bağlı olmaq demək deyil,əksinə bizim xalqımızla bağlı olan hər bir məsələnin-milli dəyərlərimizin ingilis dilində səsləndirilməsi olmalıdır.Bir bayatının,laylanın,qoşmanın,nağılın,gəraylının ingiliscə səsləndirilməsi nə qədər də maraqlı olardı.Dünya şöhrətli şairlərimizin şeirlərinin ingilis dilinə tərcümə olunması necə də yaxşı olardı.Azərbaycan dilinin dünya dilləri içərisində özünəməxsus yeri olmasını ingilis dilində vurğulamaq necə də əhəmiyyətli olardı.
Səhifə 6-da ingilis dilinin tarixinə nəzər salınıb.Bu, uğurlu bir ideyadırmı?Azərbaycan dilinin tarixi dəyişkənliyi ingilis dilində verilə bilməzdimi?İngilis dili dərsliklərində ingilis dili öyrədilir-amma bu da bizim dilimizin bazasında aparılmalı,ingilis dili deyil,bizim dilimizin gözəllikləri,zənginliyi,ifadə sonsuzluğu ingilis dilində də vurğulanmalıdır.Vətənimizdə olan əcnəbilər də bu dərsliyi alıb baxanda bizim dilimizin gözəlliklərindən feyziyab olmalıdırlar.
Səhifə 51-də verilən mətn “Pubs in Britain” nə məqsəd daşıyır?IX sinif şagirdinə belə bir mətn lazımdımı?Onlu-onsuz televiziya ekranlarında hamı bu barlarla tanış olmurmu?
Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Salam. Ingilis dili üzrə dərsliki haradan yükləmık olar? Təşəkkür edirəm.
Əsədova Azadə, bəzi dərslikləri buradan yükləyə bilərsiniz: http://www.e-derslik.edu.az/site/index.php
Dərslikdə verilmiş bəzi sözlər işlək deyil. (Səh. 142, marsupial, polyp). Dərsliyin sonunda verilmiş lüğətdə sözlərin ingiliscə izahı ilə yanaşı, Azərbaycan və rus dillərində tərcüməsinin də verilməsi yaxşı olar. Bu şagirdlər üçün müstəqil təlimə imkan yaradar. Eyni zamanda, bəzi tapşırıqların həcmi də böyükdür (səh. 28, 57, 94 və s.). Belə tapşırıqları 45 dəq ərzində yerinə yetirmək mümkün deyil.
Metodik vesaitleri hardan yuklemek olar.?
Bayramova Sevinc, http://www.e-derslik.edu.az/site/login.php
Səhifələr: 1
Forumlar » 9-cu sinif » İngilis dili