Coğrafiya

Forumlar » 7-ci sinif » Coğrafiya
Səhifələr: 1
RSS
Coğrafiya
“Coğrafiya” dərsliyinin müzakirəsi
Salam.Mən Şirvan şəhər 21 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Afaq Nağıyevayam.7-ci sinifin dərs proqramının müzakirəsi zamanı mən təkiliflərimi sizə bildirə bilmədiyim üçün bura yaziram.Bu proqramda məsələ həllərinə də ayrıca saat ayrılmasını təklif edərdim.Məncə 7-ci sinif üçün bu çox vacibdir.Diqqətinizə görə təşəkkür edirəm.
Salam.7-ci sinif dərsliyində kartoqrafik təsvirlər bölməsini birdən-birə çox ağırlaşdırmısız.Relyefin təsvirində həm horizontal,həm kəsmə yüksəklik,həm nisbi hündürlük,həm də onlara aid geniş hesablamalar.Təklif edərdim ki bunun birinci dərsi nəzəri,əlavə isə praktik dərsi olardı.Miqyas mövzusunu isə əksinə çox sadə vermisiz,yalnız miqyasın növləri.Ümumilikdə deyə bilərəm ki,6-cı sinifdən 7-ci sinfə keçid birdən birə çox qabarıqdır dərslikdə.
Moderator, salam. saat qursaqlarina aid mesele helli duzgun verilmemisdir.pekinin cografi kordinati duzgun verilmmeyib.umumiyyetle 7 sinfin hecminde deyil
Salam.Kuləyin yayilmasi mövzusu vesaitlə dərslikdə fərqlidir.Buna aydınlıq gətirməyinizi xahiş edirəm
Baki seheei ile cenub maqnit qutbu araainda en qisa mesafe
Nağiyeva Afaq[/ Afaq xanım. Dərs saatlarının bölünməsində müəllim sərbəstdir. Cari planlaşmanı tərtib edərkən Sizin çətin hesab etdiyiniz mövzulara əlavə vaxt ayıra bilərsiniz.
Veyisova Xəyalə, Xəyalə xanım Sizin təcrübənizə inanırıq. Əgər Siz həqiqətən kartoqraf təsvirlər mövzusunu tədris etməkdə çətinlik çəkmişsinizsə, problemin həlli üçün tədbirlər görülməlidir. Miqyas mövzusu standarta uyğundur. Nisbi hündürlük, kəsmə hündürlük, horizontal terminlərini sadələşdirmək təklifiniz qəbul edilir. Gələcək tam nəşrlərdə bunu nəzərə alarıq. Qeyd etmək istərdim ki horizontollar mövzusu 9-cu sinifdə yenidən və daha mükəmməl izah olunur. Təcrübəli pedaqoq kimi bilirsiniz ki hər hansı coğrafi informasiya ilkin olaraq təsəvvür formasında, ikinci olaraq təfəkkür və son olaraq tətbiq formasında verilməlidir.
Şükürlü Şamayil, Hörmətli Şamayıl. Pekinin coğrafi uzunlugunun qismən həqiqətə uyğun olmaması məsələnin həllində əsas deyil. Adətən belə rəqəmləri daha çox ümumiləşdirmək lazımdır. Məsələnin həlli yoluna gəldikdə isə hər bir müəllimin öz yanaşması ola bilər və bu qəbul ediləndir.
Türk Dünyası birliyi mövzusunda dövlətlərin yeri(Türkmənistan və Özbəkistan) səhv göstərilib .Avstraliya və Antarktidanın kəşfi mövzusunda ikinci materikin xəritəsi verilməyib,Yeni materiklərin kəşfi mövzusunda materiklərin xəritəsi olsaydı daha yaxşı olardı,Səma cisimləri mövzusunda şəkillər(səma cisimlərinin) yoxdur,Həyat planeti mövzusu ,faydalı qazıntılar mövzusunda onların şərti işarələri verilsəydi daha yaxşı olardı
Salam. mən alman dili kurrikulum dərslik vəsaitlərinin pdf formalarını necə əldə edə bilərəm ?
Quliyeva Sona, http://www.e-derslik.edu.az/site/login.php
Səhifələr: 1
Forumlar » 7-ci sinif » Coğrafiya