Azərbaycan dili

Forumlar » 4-cü sinif » Azərbaycan dili
Səhifələr: 1
RSS
Azərbaycan dili
“Azərbaycan dili” dərslik komplektinin (2015-ci ilə qədərki nəşrlər) müzakirəsi
Quote
Kərimova Seyda:
4-cu sinif Azərbaycan-dili dərsliyi (2015-ci il nəşri) nağıl kitabından fərqlənmir.Mətnlərin qısa,bir cumlənin daha az sözdən ibarət olması məqsədə uyğundur.Dilciliyin əsas bölmələrindən biri qrammatikadır.Azərbaycan -dili dərsliyində verilən qaydalar sagirdə bilik vermir,əksinə sagirddə çaşqınlıq yaradır.Muəllim əlavə vəsaitlərdən istifadə etməsə sagirdin bilik səviyyəsi çox aşağı olar.
Quote
Muxtarli Sitarə:
4- cü sinif üzrə MMV – də (2015-ci il nəşri) perespektiv planlaşdırılma nümunəsində fənlər arası inteqrasıyanın verilməməsini mənfi bir hal kimi qeyd etmək istəyirəm.Perespektiv planlaşdırma nümunəsində fənlər arası inteqrasıyanın qeyd edilməsi müəllimlərin öz işləriini daha düzgün qurması üçün zəmin yaradır.
Moderator, Müasir təhsil sisteminə görə dil qaydaları məqsəd deyil, nitq bacarıqlarının inkişafına xidmət edən vasitədir. Dərslikdə o qaydalara müraciət olunur ki, onlar düzgün danışmağa və yazmağa xidmət etsin.
Moderator, Dərslərin şərhində fənlərarası inteqrasiyaya toxunulur. Planlaşdırmada bunu qeyd etmək vacib deyil.
Səhifələr: 1
Forumlar » 4-cü sinif » Azərbaycan dili