Riyaziyyat

Forumlar » 6-cı sinif » Riyaziyyat
Səhifələr: 1 2 Next
RSS
Riyaziyyat
2013-cü ilə qədərki nəşrlər və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Riyaziyyat” dərslik komplektinin (2013 və 2015-ci il nəşrləri) müzakirəsi
6ci sinif riyaziyyat dərsliyində səh.190-da məsələ 90-da 66 ədədinin əvəzinə 36 olmalıdır.Bu zaman cavab 1(30 dövr),2(12 dövr)olur.1961-ci ilin nəşri müəllif A.Ponomaryov və Н.И.Сырнев dərsliyində səh 211-də məsələ №1179.Xahiş edirəm səh 191-dəki №95,96,97(1,2),98(1,2)cavabları göndərəsiniz.
VII fəslə başlaamışam,keçməyə heçnə yoxdur. 45 dəqiqə ərzində ancaq söhbıt-müzakirə gedir 4-5 dərsdə. olmazdı ki bunları birləşdirə idilər? Çətin mövzulara 1saat verilir,belələrinə 4saat
Dərslikdə verilmiş standartlar mövzuları tam əhatə edir. Hər bir mövzuya uyğun müasir təlabatlara cavab verən çalışmalar verilib. Araşdırmalar, təriflər, nümunələr şagirdlər tərəfindən asan qəbul ediləcək dildə yazılıb. İzahlar qısa və aydındır. Çalışmalar mövzunu tam əhatə edir, mövzunu dərk etmək üçün kifayət qədərindədir. Məsələ və çalışmalırın həllinə kömək məqsədi ilə təsvir olunan şəkillər dizayn-nöqteyi nəzərdən təqdirə layiqdir.
Bütün bunlar ilə yanaşı müəyyən qüsurlar da mövcuddur. Dərslik haqqında “Derslik. edu. az.” saytında TQDK-nın ekspert komissiyasının hazırladığı yekun rəy haqqında məlumatım var. Burada əksər nöqsanlar qeyd edilib. Bu nöqsanlara bir- necəsini də əlavə etmək olar.


1. Məzmunun işlənməsi baxımından;
Səhifə 53-də 16-cı çalışmanın şərti düz deyil. Çalışmada AB parçası üç nisbətdə
( yəni iki nöqtə ilə ) bölünməsi tələb olunur. Ancaq 3 nöqtə ilə (C, D və K) dört nisbətdə bölünə bilər. Odur ki, çalışmanın şərtində K nöqtəsi olmamalıdır. Çalışmanın şərti:“Uzunluğu 5,6 sm olan AB parçası üzərində C və D nöqtələrini elə yerləşdirin ki, AC:CD:DB =2:4:1 olsun”.

2. Dil və yazı üslubu baxımından;
Səhifə 63-də “Araşdırma”nın həllində “şərtə görə cücərməyən toxumların sayının bütün toxumların sayının neçə faizi olduğunu müəyyən etmək lazımdır” cümləsi “Şərtə görə cücərməyən toxumların sayı bütün toxumların sayının neçə faizi olduğunu müəyyən etmək lazımdır ” kimi yazılmalıdır. Çünki bir cümlədə “toxumlarının sayının” ifadəsi iki dəfə ardıcıl işlənməsi düzgün deyil.

3. Dizayn və bədii tərtibat baxımından;
Səhifə 54-də “Nümunə 2”-dəki məsələyə aid çəkilmiş şəkil şərtə görə düzgün təsvir edilməyib. Şəkildə 2 fəhlə eyni bir işi yerinə yetirməli idi. Sonra isə 6 fəhlə həmin işi yerinə yetirmələri təsvir olunmalı idi. Ancaq şəkildə hər bir fəhlə ayrı-ayrı işləri yerinə yetirmələri təsvir olunub. Bu dizayn nöqteyi-nəzərdən düz deyil.
Səhifə 55-də 13-cü tapşırıqda “65 dişi olan dişli çarx” ifadəsinin əvəzinə “65 dişlı çarx” yazılsa daha məqsədəuyğun olar.
Səhifə 59-də 12-ci çalışmada verilmiş xalının ölçüləri ilə şəkildəki ölçüləri uyğun deyil. Eni və uzunluğu üçün miqyasın qiyməti müxtəlif olur. Buda düzgün deyil.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
Səhifə 11-də “Ən böyük ortaq bölən ” mövzusunda qarşılıqlı sadə ədədlər haqqında məlumat verilib. Qarşılıqlı sadə ədədlər haqqında anlayış “Sadə və mürəkkəb ədədlər” mövzusunda verilsə idi daha məqsədəuyğun olardı. Elə həmin mövzunun sonunda da qarşılıqlı sadə ədədlərə aid bir-necə çalışma vermək olar.

Səhifə 61-də 7-ci tapşırıqda “Düzbucaqlının uzunluğu 23sm olub perimetrinin 55%-ni təşkil edir ” ifadəsi düz deyil. Çünki, düzbucaqlının uzunluğu perimetrinin 55%-ni təşkil edə bilməz. Burada düzbucaqlının iki uzunluğu da nəzərə alınmalıdır. Odur ki, cümlə “Düzbucaqlının uzunluqları cəmi 23sm-ə bərabər olub perimetrinin 55%-ni təşkil edir” kimi yazılsa daha məqsədəuyğun olar.

Səhifə 55-də 16-cı tapşırığın şərtində “Qaramalın sayı 0,5 dəfə artarsa” və ikinci sualda “0,5 dəfə azalarsa ” ifadəsi düz deyil. Çünki hər hansı ədədi 0,5-ə vurduqda həmin ədəd artmır, azalır. Odur ki, k dəfə artarsa və ya k dəfə azalarsa dedikdə k>1 şərti ödənməlidir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından
Səhifə 80-də çalışma 2 -də “Ədəd 2,5 dəfə azalarsa, bu o deməkdir ki, ədəd əvvəlki ədədin 2,5=25/10=250/100=250% -i qədər oldu, yəni 150% azaldı” fikri düzgün deyil. Düzgün həll:
Ədəd 2,5 dəfə azaldıqda a/(2,5)=40a/(100 ) , ədəd 60% azalar.
Sehife 9 da arasdirma zamani sualin qoyulusu bele qoyulmalidir.bölənlərin sayi 2 və 2-dən cox olanlari secin.
04.06.2014
Səhifə 18 də kəsrin ixtisari tərifində -surət və məxrəcin eyni ədədə bölunməsinə ixtisar deıilir .Bu şəkildə verilsəydi yaxşı olardı

Mövzuda verilən izahatlar və calışmalar təqdirəlayiqdir
Səhififə 22 dəkəsrləri ortaq məxrəcə ğətirməyiverdiyi kimi ortaq surətə gətirməyi dəversəydi yaxşı olardı.
Səhifə 86 da (-4).(-3) hasilində nəticə ya -12 ya da 12 olmalıdır - cümləsi şağirdləri caşdıra bilər
Nəbiyeva Elmira,
Salam Elmira xanim. Guman edirəm ki, səh. 191-dəki məsələləri həll edə bilmisiniz. Bu məsələlər faizə aid məsələlərdə (səh 69) olduğu kimi həll edilir.
çalışma 95-də cavab: 35dərəcə, çalışma 96-da cavab: 780 əyarlı, çaışma 97 1)-də cavab: 60 q-500 əyarlı, 165 q - 800 əyarlı, 2)-də 210 q- 600 əyarlı, 140 q- 900 əyqrlı, çalışma 98- 1)də 728 əyarlı, 2)-də 736 əyarlı.
Nümunə: çalışma 98 2)-in həlli:
640 əyar ----120 q
x əyar-------200 q
___________________
700 əyar ----- 320 q
Tənlik: 640 . 120 + 200.x= 700.320
x= 736 əyar
Bayramova Sevda,
Salam. Sevda xanim. Məsləhətlərinizə görə təşəkkürümü bildirirəm. Sağ olun.
Hüseynova Kəklik,
Kəklik xanim. Məsləhətləriniz üçün çox sağ olun. Onları nəzərə almağa çalışacağıq. Sağ olun.
Portal istifadəçilərinə ALLAHın salamı olsun!
Çox təəssüflər olsun ki,Riyaziyyat-6 dərsliyində olan nöqsanları eyni ilə elektron versiyasında da təkrarlamışlar.Onda Riyaziyyat-6-nın müzakirəsi nə üçün idi? Belə çıxır ki,müzakirələr boşu boşuna imiş.
Xahiş edirəm mənə (səh49) ve (səh50)-də mənə 4,5,6,7,8 calışmalarının cavabını göndərində
Nəbiyeva Elmirab],
Hörmətli Güləmirzə müəllim, 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin monitorinq meyarları əsasında təhlili aparılmışdır. Meyarlar üzrə xeyli sayda irad və təkliflər göstərilmişdir. Yekun rəy Təhsil Nazirliyinə göndərilmiş, siz müəllimlərin istifadəsi üçün “Dərslik portalı”nın monitorinq bölməsində yerləşdirilmişdir.
8-sinif fiziki tərbiyə metodik vəsaitində verilən sürət-güc qabiliyyətində 8 saatla verilib k.s.q -lə 9 saat edir
Quote
Bayramov Paşa:
“Riyaziyyat 6” dərsliyi “Riyaziyyat 5” dərsliyindən nisbətən daha yaxşı yazılmışdır. Ancaq burada da coxlu nöqsanlar var. İstər mövzuların izahında, istərsə də tapşırıqların dəqiqliyində. Bunlardan əlavə tapşırıqların dərsliyin sonunda verilmiş doğru cavablarının əksəriyyəti adına əks olaraq səhv verilmişdir. Bu heç də az əhəmiyyət kəsb etmir. Müəllim dərs zamanı hər hansı tapşırığı həll edir (və ya şagirdlər həll edir). Sonda isə şagirdlər maraq üçün dərsliyin sonunda verilmiş cavablara baxaraq müəlimin cavabının səhv olduğu qənaətinə gələ bilərlər. Axı hamıda belə bir inam var ki, dərslik səhv yazıla bilməz. Cavabların səhv verilməsi aşağıdakı hallara səbəb ola bilər:
1. Müəllim (və ya şagird) həmin tapşırığı yenidən həll etməli olur.
2. Əgər tapşırığın həlli çox vaxt aparırsa bu əlavə vaxt itkisinə gətirir.
Ona görə də dərslik yazılarkən və ekspertlər tərəfindən yoxlanılarkən bu hallar aradan qaldırılmalı idi. Bunlara müəlliflərin münasibətini bilmək mənim üçün eləcə də digər müəllimlər üçün maraqlı olardı.
Quote
İsmayilova Sevda:
Salam, Bayramov Paşa. Riyaziyyat -6 dərsliyinə rəyinizi bildirdiyiniz üçün təşəkkür edirəm. Dərslikdə müəyyən nöqsanlar mövcuddur. Bu nöqsanlar əsasən tapşırıqların kitabın arxasında verilən cavablarında təzahür edir. Səhvlərin əksəriyyəti cavabların yığılması zamanı baş vermişdir. Bu bir qədər bizim dərslik müəllifi kimi ilk işimiz olmasından irəli gəlir. Bundan başqa dərsliyin yazılmasına verilən zamanın az olması da belə texniki nöqsanların baş verməsinin səbəblərindən olmuşdur (dərsliklərin yazılması ilə əlaqədar tenderin keçirilməsi haqqında elan keçən ilin aprel-may aylarına təsadüf edir). Amma nə olursa olsun, dərslikdə nöqsanın olması yol verilməzdir. Dərsliyin yazılmasında baş verən səhvlərə görə üzr istəyirik. Gələcək işlərimizdə belə halların aradan qaldırılmasına çalışacağıq.
Təşəkkür edirəm. Hörmətlə S.İsmayılova.
Quote
Talibov Əlinaz:
VI sinfin "Riyaziyyat" dərsliyi ilə bağlı fikirlərimi Lənkəran şəhərindəki müzakirələr zamanı bildirmişəm. Əlavə qeydlərimi mütəmadi olaraq bildirəcəyəm.
Dərsliyin 107-ci səhifəsində 18-ci məsələdə tapılmalı cavab detalların sayıdır. Ancaq nəticə kəsr ədəd şəklində alınır. Məsələ burasındadır ki, həmin səhifədəki bütün məsələlərin cavabları sonda verilsə də, məhz bu məsələyə aid cavab verilməyib. Şübhə doğurur, deyilmi?!
Həmin səhifədə 20-ci məsələnin şərti səhv, əslində olmalı şərtə görə isə cavab düzdür. Məsələdə Sahibin həll olunmamış məsələlərinin sayının İlhamın həll olunmamış məsələlərinin sayından iki dəfə çox olması şərti verilsə də, həmin şərt daxilində məsələnin həlli olmaz. Əslində şərt kimi İlhamın həll olunmamış məsələlərinin sayının Sahibinkindən iki dəfə çox olması verilməli idi.
Quote
Zeynalli Güləmirzə:
"Portal" istifadəçilərinə salam! 6-cı sinif Riyaziyyat dərsliyində,yuxarı sinif dərsliklərində, Araz kurslarının və ya TQDK-nın tərtib etdiyi test banklarında "Tənliyin həllini tapın","Bərabərsizliyin həllərini tapın" şərtləri ilə bağlı fikrimi bildirmək istəyirəm.Burada "həll" ilə "kök" qarışdırılır.Bunu riyaziyyatçı olmayan yazsaydı onu başa düşmək olardı.Ancaq yuxarıda qeyd etdiyim mənbələrdə "həll" ilə "kök"ü qarışdırmaq kobud səhvdir.Azərbaycan dilinin qrammatikasına görə də "tənliyin kökü" isim, "həll etmək" isə fel(məsdər)-dir. Və ya misal üçün: 0.x=5 tipli; D<0 olan halda kvadrat tənliklərdə; 2sinx+3cosx=7 tipli triqonometrik tənliklər və s. üçün yazılır ki,tənliyin həlli yoxdur.Bu fikir də səhvdir.Bu növ tənliklərin (bərabərsizliklərin) xassələrini yada salaraq nə üçün kökünün olmadığını izah etməklə onu həll etmiş oluruq.Deməli,"tənliyi həll etmək,onun kökünü tapmaq və ya kökünün olmadığını göstərmək deməkdir".
Quote
İsmayilova Sevda:
Salam Əlinaz müəllim! Siz bu məsələləri düzgün olaraq qeyd etmisiniz. 20-ci məsələnin şərtində sonda "iki dəfə çox" deyil "iki dəfə az olar" şərti yazılmalı idi. 18-i məsələ də isə 190 detal əvəzinə 257 detal olmalıdır. Təşəkkür edirəm.
Hörmətlə, S. İsmayılova
Quote
Bayramov Paşa:
Səhifə 79-da 6-cı tapşırığın c, ç və d bəndləri verilmiş tələbə uyğun deyil. Həmçinin
b) bəndinin dərsliyin sonunda verilmiş cavabında həllər çoxluğunda “–7” verilməməlidir.
ç) bəndinin cavabı {7;8;...}” əvəzinə “{...;–8;–7}”
d) bəndinin cavabı isə “{90;91;...}” əvəzinə “{91;92;...}” kimi qeyd olunmalıdır.
e) bəndinin (“2-dən böyük, 3-dən kiçik”) dərsliyin sonundakı cavabı {3;4;...} kimi verilib. Şərtdən də göründüyü kimi bu cavab səhvdir. Doğru cavab isə boş çoxluqdur.

Səhifə 81-də 13-cü tapşırığın a) bəndinin mətni belədir: “–1008-dən kiçik, –1010-dan böyük tam ədədlərin cəmini tapın.” Bu şərti ödəyən yeganə tam ədəd –1009-dur. Şərtdə isə tam ədədlərin cəmi soruşulduğundan aralıq elə seçilməli idi ki, orada ən azı iki tam ədəd olsun. Ona görə də seçilmiş aralıq düzgün verilməlidir.
Quote
Rüstəmova Vüsalə:
Salam hər birinizə. Sualım "RİYAZİYYAT" dərsliyinin müəlliflərinədir. Bilirik ki,kiçik summativ qiymətləndirmə 4həftədən az,6həftədən çox olmayacaq vaxt intervalında yazdırılmalıdır. Riyaziyyat dərsinin həftədə 5 saat olduğunu nəzərə alsaq 20-30 saat aralığında summativ yazılmalıdır. Proqrama nəzər salaq:
IV bölmə-16 saat
V bölmə-12 saat
VI bölmə-16 saat
VII bölmə-10 saat
VIII bölmə-15 saat
Hər bölmənin sonunda summativ yazdırılmalıdırsa demək 4-6 həftə intervalı 5bölmədə də pozulur.
Müəllimlər planlarında nə dəyişiklik etməlidilər? Bəlkə 2 uyğun bölmə biləşdirilib 1 summativ yazdırılsın?
Quote
Məmmədova Bəhruzə:
Mənfi və müsbət ədədlər üzərində əməllərin tam ədədlər üzərində tətbiqinə aid çalışmalar kitabda var idi və şagirdlərə bunu öyrətdik. Mənfi və müsbət ,adi və onluq kəsrlərin daxil olduğu çalışmalar 7-ci sinifdəmi tədris olunacaq?
Quote
Zeynalli Güləmirzə:
Hər kəsə ALLAHIN salamı olsun. Nöqsanlarla dolu dəsliklər çapa buraxılandan sonra onu müzakirə etməkdənsə,olmazmı dərsliklərin əlyazması müzakirə olunsun? Dəslik səhvlərlə dolu-bu "müəllif(lər)in səhfi,bəs çapa məsul olan şəxlərin işi nədən ibarətdir? Bu qədər "gözyummalar" olmasaydı dövlət də külli miqdarda ziyana,müəllimlər və şagirdlər də əlavə əziyyətə düşməzdilər.Bu məsuliyyətsizliyin cavabını verən olarmı?Bundan başqa dərsliklərdə -5-6 siniflərdə "riyaziyyat",7-11 siniflərdə "cəbr","həndəsə" və "cəbr və analizin başlanğıcı" fənlərində elə mövzu yoxdur ki, "müəllif"lərin öz məhsulu olsun (nöqsanlardan başqa).Təklifim odur ki,həmin fənnlərdə "kitabın müəllif(lər)i" sözü "kitabı tərtib edən(lər)lə" və ya "tərcüməçi(lər)lə əvəz olunsun.
Quote
Talibov Əlinaz:
Axşamınız xeyir! VI sinif üçün "Riyaziyyat" dərslik-komplektinin həmmüəlliflərindən biri olan Sevda xanıma qeydlərimi səmimi qəbul etdiyinə görə təşəkkür edirəm. Əlbəttə, hamımızin məqsədi eynidir:- Dərsliklərimiz hər cür qüsurlardan xali olmalıdır. Əslində, dərsliklərdə hər cür qüsur dediyimiz elə "Böyük qüsur"lardır, bu isə təbii ki, yolverilməzdir.Bu qeydlərimdə, bir sıra metodiki məqamlara diqqət yetirmək istəyirəm.
Dərsliyin 111-ci səhifəsində 6 nömrəli çalışmanın şərtləri daxilində c) və d) bəndləri üçün həll variantı açıq qalır. Həmin səhifədə 9-cu çalışma etik cəhətdən qüsurludur. Təsəvvür edin ki, VI sinif şagirdi üç uşaq atasına Mustafa deyir...Əmi, dayı sözlərindən birini əlavə etmək çətin deyildi ki... Səh. 113-də 3-cü çalışma şagirdlərdə çaşqınlıq yaradır. Paralel və perpendikulyar tərəfləri soruşulan fiqurlar arasında düzbucaqlı paralelepiped də var. Məlum olduğu kimi düzbucaqlı paralelepipedin paralel və perpendikulyar tilləri vardır. Ümumiləşdirmə kimi, düzbucaqlı paralelepipedin paralel və perpendikulyar üzləri də soruşula bilərdi. Səh. 122-də 3-cü çalışmada cədvələ əsasən tərs mütənasiblik əmsalının tapılması tələb olunsa da, verilən birinci cədvəl tərs mütənasib kəmiyyətlərə uyğun deyil. Şagirdlər "Həyat bilgisi" fənnindən bilirlər ki, son məhsul xammaldan baha olur. Elə isə, səh.145-də 3-cü çalışmada şəkər tozunun qiymətinin qəndin qiymətindən baha olmasına şagirdlər onsuz da inanmaz.
Məni düşündürən bir məsələ ilə bağlı fikirlərimi də həmkarlarımla bölüşmək istəyirəm. Son illərdəki dərsliklərin çoxunda düz xətlərin qarşılıqlı vəziyyətinin iki halına baxılır(düz xətlərin qarşılıqlı vəziyyətinin iki halı az qala hökm edilir). Qeyd etdiyimiz dərslikdə də bu "iki düz xəttin ya bir ortaq nöqtəsi var, ya heç yoxdur" kimi verilir. Ancaq müəlliflər müəllim üçün vəsaitdə düz xətlərin üst-üstə düşmə halını da qeyd edir və belə bir şərh də verirlər: "Üst-üstə düşən halın paralelliklə eyni götürülməsi fikrinin şagirdlər tərəfindən izahına çalışan müəllim..."(Bax-müəllim üçün vəsait, səh.148)
Sadəcə olaraq aşağıdakıları bildirmək istiyirəm:
1. Paralel düz xətləri paralel köçürmə vasitəsi ilə bir-birinin üzərinə salmaq olsa da, bu düz xətlərin paralelliyi halının və üst-üstə düşmə halının eyni olması demək deyil.
2. İki paralel düz xətti üçüncü düz xətlə kəsdikdə 8, üst-üstə düşən düz xətlər isə üçüncü düz xətlə kəsişdikdə 4 bucaq əmələ gətirir.
3. Paralel düz xətlər müəyyən ikidəyişənli xətti tənlikıər sisteminin heç bir həlli olmadığı, üst-üstə düşən düz xətlər isə müəyyən ikidəyişənli xətti tənliklər sisteminin sonsuz sayda həlli olduğu hallara uyğundur. Məlumdur ki, müvafiq çoxluqlar eyni deyi... və s.
Səmimiyyətlə...
Quote
Zeynalli Güləmirzə:
"Portal"ın bütün istifadəçilərinə ALLAHIN salamı olsun! Məmmədhüseyn müəllim,axşamınız xeyirli olsun! Şərhlərlə tanış olandan sonra belə fikrə gəldim ki,nöqsanlarla dolu olan "Riyaziyyat-6" dərsliyi digərlərinin yanında "toya getməli imiş". Mənə elə gəlir təhsilimizi bərbad vəziyyətə salmaqdan ötrü kim(lər)sə dərslik yazan "müəlliflər"ə "yaşıl işıq yandırmışdır".Çünki səhv olar bir dənə,iki dənə...,on dənə;səhv olar bir fənndə,iki fənndə...;daha bütün fənnlərdə yox.Səhv olar bir sinfin dərsliyində,iki sinfin-daha bütün siniflərdə yox.(İbtidai sinif "Riyaziyyat" dərliklərində 9,10 və 11 sətirli məsələlər var ki,uşaq onu oxuyub başa çatanadək təngənəfəs olur).Elə bil rəhmətlik Üzeyir Hacıbəyov bu "müəlliflər" üçün demişdi:"Rəssam şəkili elə çəkməlidir ki,altında bu "filan şeyin şəkilidir" yazmağa ehtiyac qalmasın".
Quote
İsmayilova Sevda:
Salam, Əlinaz müəllim! Tövsiyyələriniz maraqlıdır və onları nəzərə almaq əlbəttə ki, yaxşı olardı. Düz xətlərin 3 qarşılıqlı vəziyyəti VII sinifdə geniş araşdırılacaq və burada paralellik və hərəkət vasitəsilə bir düz xəttin digərinin üzərinə salınması (üst-üstə düşməsi) geniş izah ediləcək. VI sinif müəllim üçün vəsaitdə iki düz xəttin 3 qarşılıqlı vəziyyətinin olduğu yazıldığı halda (səhifə 148) nə üçün iki hal götürüldüyünü yazırsınız? VI sinif səviyyəsində düz xətlərin əsas 2 qarşılıqlı vəziyyəti (paralellik və kəsişmə) izah edilir. "Üst-üstə" düşmə vəziyyəti isə paralelliyin bir halı kimi şagirdlərin nəzərinə çatdırılmışdır. Yəni onların da xüsusi halda paralel olduğu nümayiş etdirilir. Lakin VII sinif səviyyəsində ikidəyişənli xətti tənliklərin qrafiklərinin qarşılıqlı vəziyyəti araşdırılarkən paralel düz xətlərin heç bir ortaq nöqtəsi olmadığı, üst-üstə düşən düz xətlərin isə sonsuz sayda ortaq nöqtəsi olduğu öyrədiləcək.
Tövsiyyələrinizə görə təşəkkür edirəm və hər zaman yeni fikirlərinizi gözləyirəm
Hörmətlə, S. İsmayılova
Səhifələr: 1 2 Next
Forumlar » 6-cı sinif » Riyaziyyat