1-ci siniflər üçün “İngilis dili” dərsliyinə əlavə metodiki material.

1-ci sinif şagirdlər üçün çox mühüm ildir. İngilis dilini şagirdə sevdirmək, onu daha yaddaqalan etmək üçün müəllimlərdən əlavə vaxt və bacarıq tələb olunur.

1-ci sinif dərsliyi 9 bölmədən, 27 dərsdən ibarətdir. Dərslik əsasən şəkillərdən tərtib olunduğundan metodiki material həm müəllimlər üçün, həm də şagirdlər üçün yardımçı vasitə kimi nəzərdə tutulmuşdur. Material hər bir dərsin standartlarına uyğun şəkildə tərtib olunmuşdur. Şagirdlər düzgün tələffüz qaydalarına əməl etməyi, verilən sözləri şəkillərlə daha yaxşı yadda saxlamaq bacarığına yiyələnməyi öyrənəcəklər. Müəllimlər şagirdlərə yeni sözləri şəkillərlə nümayiş etdirərək təkrarlada və tələffüz etdirə biləcəklər. Hər bir söz şəkillərlə təkrarlandığı kimi, hər bir şəkil də sözlərin deyilişi ilə təkrarlanır. Şagirdlərin bilikləri, həmçinin, hər mövzunun sonunda testlərlə də yoxlanılır və beləliklə şagirdlər dərsi daha yaxşı mənimsəmiş olurlar.