Coğrafiya fənnindən məzmun xətləri üzrə əsas və alt-standartlar. 6-cı sinif

1. Coğrafi məkan

Şagird:
1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.
1.2. Yerin Günəş sistemində mövqeyi və hərəkətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir.
1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi nəticələrini təqdim edir.
1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir.
1.3.2. Yaşadığı ərazinin planını tərtib edir.

2. Təbiət

Şagird:
2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini mənimsədiyini nümayiş etdirir.
2.1.1. Yerin daxili quruluşunu, relyefini və orada baş verən hadisə və prosesləri təsvir edir.
2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir.
2.1.3. Yerin hava qatını şərh edir.
2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir.
2.1.5. Yer səthində suyun paylanmasını şərh edir.
2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir.
2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir.
2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir.

3. Cəmiyyət

Şagird:
3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir.
3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir.
3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.
3.2.2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir. 14