Məzmun xətti: Cəmiyyət. Coğrafiya 6-cı sinif

Alt-standartlar:
3.1.1 Dünya xalqlarının müxtəlif xüsusiyyətlərini şərh edir.
3.2.1 Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir.

İnteqrasiya:
İnformatika 3.3.1 alt-standartı

Təlim nəticələrı:

1. Dünya xalqlarını irq, din və dil baxımından fərqləndirir.
2. Dünya xalqlarını irq, din və dil baxımından qruplaşdırır.
Təlim üsulları: beyin həmləsi, klaster

Təlimforması: kollektiv, fərdi

Resurslar: dərslik, video, şəkillər, işci vərəqləri, atlas 

Dərsin gedışı

Motivasiya  5 dəqiqə
Dərslikdə verildiyi kimi motivasiyada şagirdlərə   Türkiyədə “23 nusan-Çocuq bayramı” video materialı təqdim edilir. Həmin bayrama dünyanın müxtəlif ölkələrindən gələn xalqlar haqqında məlimat verilir. Sonra müxtəlif xalqların nümayəndələri təmsil olunan şəkillər  təqdim edilir .
Şagirdlərə yönəldiçi suallarla müraciət edilir:
- Bu şəkillərdəki insanlar hansı əlamətlərinə görə fərqlənir?
- Onların görünüşündəki fərqli cəhətlər  hansılardır?
- Bu insanların   xarici  görünüşlərinin müxtəlif olmasının səbəbləri nədir?
- Dünya xalqları bir-birləri  ilə ünsiyyət  yaratdıqda  hansı cətinliklərı ola bilər?
- Dünya xalqları hansı dini inaclara görə bir-birindən fərqlənirlər?

Şagirdlərdən alınan fərziyyələr nəticəsində tədqiqat sualı elan edilir:
“Dünya xalqları hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər?”

Dərsliyin “Fəaliyyət” bölməsi
Şagirdlər dərsliyin “Fəaliyyət” bölməsini oxuduqdan sonra onlara əvvəlcədən  hazırlanan iş vərəqləri paylanır və 1-ci  cədvəli  tamamlamaq tapşırılır. Bu mərhələyə 3 dəqiqə  vaxt ayrılır.

Tapşırıq fərdi yerinə yetirilir.


Adı, soyadı -----------------------------------------

Cədvəli dərslikdəki şəkillərə əsasən tamamlayın.

Uşaqların adı
Əlamətlər

Kristin

Ukabala

Naomi

Benəzir

İbrahim

Saçının rəngi

 

 

 

 

 

Gözunun forması və rəngi

 

 

 

 

 

Dərisinin rəngi

 

 

 

 

 

  Nəticə çıxarın:

  • Uşaqların görünüşündəki fərqli cəhətlər hansılardır?
  • Onlarla ünsiyyət qurmaq üçün ilk növbədə nə tələb olunur?

1-ci cədvəl tamamlandıqdan sonra bir necə şagird yazdıqlarını oxuyur və siniflə birgə müzakirə edilir.  Bu mərhələyə 2 dəqiqə ayrılır.

Dərsin sonrakı mərhələsində şagirdlərə  dərsliyin “İzah” bölməsini oxumaq tapşırılır. Buna 8 dəqiqə vaxt verilir.

Dərslıyın “İzah”  bölməsini oxuduqdan sonra  şagirdlərə “Öyrəndiklərinizi tətbiq edin” bölməsindəki irq xəritəsindən  və 6-cı sinfin  atlasındakı dünyanın siyasi xəritəsindən istifadə edərək iş vərəqində verilən 2-ci cədvəli  tamamlamaq tapşırılır. Bu mərhələyə 4 dəqiqə vaxt verilir.

Dünyanın siyasi və əhalinin irqi tərkibi  xəritəsindən  istifadə edərək cədvəli tamamlayın.

Qitə / Materik

Irqlər

Ölkələr

Asiya

 

 

Avropa

 

 

Şimali Amerika

 

 

Cənubı Amerika

 

 

Afrika

 

 

Avstraliya

 

 

Antarktida

 

 

2-ci cədvəl tamamlandıqdan sonra  bir hecə şagird yazdıqlarını oxuyur və siniflə birgə müzakirə edilir. Bu müzakirəyə  2 dəqiqə vaxt ayrılır.
“Nə öyrəndiniz” bölməsi “Müstəqil türk dövlətləri haqqında məlumat” video materialı ilə başlanır. Dərslikdə dil qrupları haqqında məlumat verildiyinə görə bu video materialda da türk dil qrupları haqqında danışılır.Video materiala baxdıqdan sonra bir necə şagird “Nə öyrəndiniz” bölməsindəki cümlələri oxuyub açar sözləri müəyyən edirlər. Bu müzakirəyə 5 dəqiqəvaxt ayrılır.
“Öyrəndiklərinizi yoxlayın” bölməsində şagirdlərə atlasdakı  “Dünyanın siyasi” xəritəsindən istifadə  edərək iş vərəqindəki 3-cü cədvəli tamamlamaq tapşırılır.

3.  Dünyanın siyasi xəritəsindən istifadə edərək cədvəli tamamlayın.

Xalq

İrq

Danışdığı dil

Din

Yaşadığı materik/qitə

Azərbaycan

 

 

 

 

Alman

 

 

 

 

Ərəb

 

 

 

 

Türk

 

 

 

 

 

 

 

 

Cədvəli tamamlamağa 3 dəqiqə vaxt verilir.
3-cü cədvəli tamamladıqdan sonra  bir necə şagird yazdıqlarını oxuyur və siniflə birgə müzakirə edilir. Müzakirəyə 3 dəqiqə vaxt verilir.
Dərsin ümumiləşdirmə və nəticə mərhələsini  şagirdlərə verilən sual və alınan cavablar əsasında klaster üsulu ilə aparmaq məsləhətdir. Bu mərhələyə 5 dəqiqə vaxt verilir.

Qiymətləndirmə və Esse mərhələsinə 5 dəqiqə vaxt verilir.

Dərsin sonrakı mərhələsində aşağıdakı rübriklərə əsaslanan meyarlarla  formativ qiymətləndirmə aparılır və şagirdlərin  gündəliyinə qeydlər edilir.

Qiymətləndirmə meyarları:
- Fərqləndirmə
- Qruplaşdırma

I səviyyə

II səviyyə

III səviyyə

IV səviyyə

Dünya  xalqlarını irq, din və dil baxımından
fərqləndirməkdə cətinlik cəkir

Dünya  xalqlarını irq, din və dil baxımından nisbətən fərqləndirir

Dünya  xalqlarını irq,din və dil baxımından   əsasən
fərqləndirir

Dünya  xalqlarını irq, din və dil baxımından tam fərqləndirir

Dünya  xalqlarını irq, din və dil baxımından  qruplaşdırmaqda cətinlik cəkir

Dünya  xalqlarını irq din və dil baxımından nisbətən qruplaşdırır.

Dünya  xalqlarını irq, din və dil baxımından əsasən qruplaşdırır.

 

Dünya  xalqlarını irq,
din və dil baxımından
düzgün qruplaşdırır.

Esse
Şagirdlərə “Dünya xalqlarının müxtəlifliyini əks etdirən foto albomun hazırlanması” tapşıırılır.
Dərsin sonunda iş vərəqləri  yığılıb  şagirdlərin partfoliyasına qoyulur.