“Dərslik portalı” haqqında

Dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış rəylərdəki irad və təkliflərlə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı” haqqında 

“Dərslik portalı” 3 bölmədən ibarətdir.

1-ci monitorinq bölməsidir. Bu bölmədə yeni təhsil proqramları (kurikulumlar) və qüvvədə olan tədris proqramları əsasında hazırlanmış dərslik komplektləri və dərsliklərin elmi-metodiki monitorinqi nəticəsində formalaşdırılmış yekun rəylər, həmçinin açıq müzakirələr aparılmış seminarlar haqqında məlumatlar və seminarların internetlə yayımlanmış video çəkilişləri yerləşdirilir.

2-ci xəbərlər bölməsidir. Bu bölmədə yeni təhsil proqramları (kurikulumlar) və qüvvədə olan tədris proqramları əsasında hazırlanmış dərsliklərin və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı məlumatlar yerləşdirilir.

3-cü əks-əlaqə, yəni müzakirə, forum bölməsidir.